Ronaldinyo koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Ronaldinyo koronavirusa yoluxdu

İdman

26 Oktyabr 2020 09:35 907


Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo koronavirus infeksiyasına yoluxub.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur idmançı bu barədə "İnstaqram" səhifəsində yazıb.

"Testi keçdim və o müsbət nəticə göstərdi. Yaxşıyam, xəstəlik simptomları yoxdur", - 40 yaşlı Ronaldinyo bildirib. pizza sifarişi

Braziliyalı futbolçu Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan" komandalarında çıxış edib. Ronaldinyo iki dəfə İspaniya (2005, 2006) və bir dəfə İtaliya çempionu (2011) olub. "Barselona"nın tərkibində 2006-cı ildə "Çempionlar Liqası"nı qalibi adını qazanıb. 2005-di ildə "Qızıl top" mükafatını alıb.

Braziliya yığması ilə 2002-ci ildə dünya çempionu olub. Yığmada 96 oyun keçirən futbolçu 33 qol vurub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!