Saxta pasport gəzdirdiyi üçün Paraqvayda həbs edilən braziliyalı ulduz Ronaldinyo məhbəs həyatıyla vidalaşsa da, onun adı ətrafında yaranmış söz-söhbət səngimək bilmir.
Yenisabah.az xəbər verir ki, 32 gün həbsdə qalan Ronaldinyo və qardaşı 1,6 milyon dollar qarşılığında zaminə buraxılıb.
Xarici mətbuat sözügedən məbləğin futbol ulduzu Messi tərəfindən ödənildiyini iddia edib. pizza sifarişi
Bu xəbərdən narahat olan Messi yayılan məlumatı təkzib edib.
Ronaldinyo isə azadlığa çıxması üçün tələb olunan 1,6 milyonun kim tərəfindən ödənildiyinə aydınlıq gətirməyib.
Telegram kanalımız