Braziliya millisinin sabiq üzvü Ronaldinyonun oğlu Joao Mendeş "Barselona" ilə müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu 1.5 illik sözləşməyə qol çəkib.
Joao Mendeş "Barselona"nın U-19 komandasında çıxış edəcək. Pepperoni pizza
Qeyd edək ki, Braziliyanın "Kruzeyro" klubunun yetirməsi olan futbolçu bu ilin yanvarından Kataloniya klubunda baxışda idi.
Xatırladaq ki, Ronaldinyo 2003 - 2008-ci illərdə "Barselona"da oynayıb. O, 2016-cı ildən klubun rəsmi səfiridir.
Telegram kanalımız