Ronaldinyonun oğlu “Barselona”nın əsas komandasında 

saytların hazırlanması

Evə çatdırılma

Ronaldinyonun oğlu “Barselona”nın əsas komandasında 

İdman

24 Mart 2024 15:37 1043


"Barselona"nın baş məşqçisi Xavi əfsanəvi futbolçu Ronaldinyonun oğlu Joao Mendeşi əsas heyətlə məşqlərə cəlb etməyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 

İspaniya çempionatında fasilə zamanı Xavi gənclərdən ibarət komandalardan bir neçə futbolçunu, o cümlədən Joao Mendeşi əsas komandaya dəvət edib. Ronaldinyonun oğlu əsas komandanın məşqində iştirak edib.  pizza mizza

19 yaşlı yarımmüdafiəçi 2023-cü ilin martından Kataloniya klubunun gənclərdən ibarət komandasındadır. O, sağ cinah müdafiəçisi və mərkəz hücumçusu kimi oynayır. 

Joao Mendeş karyerasına 2018-ci ildə "Kuzeyro"da başlayıb. O, 14 yaşında ilk peşəkar müqaviləsini imzalayıb. 2022-ci ilin yayında isə Joao "Barselona"ya keçib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!