Ronaldo 2023-cü ildə hamıdan çox qol vurub 

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo 2023-cü ildə hamıdan çox qol vurub 

İdman

27 Dekabr 2023 12:47 1181


“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 17-ci turunda “Əl-İttihad”la matçda (5:2) dubl edib. 

Yenisabah.az xəbər verir ki, nəticədə 38 yaşlı forvard bu il vurduğu qollarının sayını 53-ə çatıdırıb. 

O, bu göstəricidə PSJ-nin hücumçusu Kilian Mbappe və "Bavariya"nın forvardı Harri Keyni qabaqlayıb. Hər iki futbolçu bu il 52 qol vurub. Aktivində 50 qol olan Erlinq Haalandın çıxış etdiyi "Mançester Siti" isə ilin sonuna qədər 2 oyun keçirəcək. Buna görə də Haalandın Ronaldoya çatmaq və ya onu qabaqlamaq imkanı var.  pizza sifarişi

Ronaldo dünənki oyunda həmçinin, dubllarının sayını 157-yə çatdırıb. Bu da “İnter Mayami”nin hücumçusu Lionel Messi (157) ilə eyni göstərici deməkdir.

Xatırladaq ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Ronaldo "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 24 oyun keçirib və 23 qol vurub və 11 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!