"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo bir daha Avropa futboluna qayıtmayacağını açıqlayıb.
Yenisabah.az jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu deyib: “Avropa futboluna qayıtmayacağam, qapı tamamilə bağlıdır. 38 yaşım var və Avropa futbolu keyfiyyətini çox itirib. Yalnız Premyer Liqa bütün digər liqaları çox qabaqlayır".
Ronaldo 2023-cü ilin yanvarında “Əl Nəsr”ə keçib. Ötən mövsüm o, Səudiyyə Ərəbistanı çempionatında 16 oyuna çıxıb, 14 qol vurub və 2 qolun ötürməsini verib. Dördpendirli pizza
Ronaldo Avropada “Mançester Yunayted”, “Yuventus”, “Real" və “Sportinq”də çıxış edib.
Telegram kanalımız