Ronaldo Azərbaycanla oyuna hazırdır:   “Mən əminəm ki...“

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo Azərbaycanla oyuna hazırdır: “Mən əminəm ki...“

İdman

19 Mart 2021 13:34 809


Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş bildirib ki, Kriştiano Ronaldo DÇ-2022-nin gələn həftə başlanacaq oyunlarında "super motivasiyada" olacaq.

Yenisabah.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis “Yuventus”un ÇL-dən erkən vidalaşması səbəbindən Ronaldoya yönələn tənqidlərə münasibət bildirib. O, bu durumun milliyə mənfi təsirinin mümkünlüyünə dair suala cavabında deyib: “Kriştiano həmişə yüksək motivasiyadadır. Söhbət az, yaxud çox qol vurmaqdan getmir. Mən əminəm ki, o, millinin uğurları üçün qarşıdakı görüşlərə də həmişəki iddia ilə gələcək”.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-ü Azərbaycan, martın 27-də Belqradda Serbiya, martın 30-da isə səfərdə Lüksemburqla qarşılaşacaq. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!