Ronaldo Bekhemin klubuna keçir?   - Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo Bekhemin klubuna keçir? - Şok iddia

İdman

11 Mart 2021 15:25 1441


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "İnter Mayami"yə keçə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Bildirilib ki, tərəflər artıq əlaqə saxlayıblar. 36 yaşlı hücumçunun bu yay transfer pəncərəsində Devid Bekhemin klubuna keçəcəyi gözlənilir.

Portuqaliyalı futbolçunun Turin təmsilçisi ilə müqaviləsi isə 2022-ci ilin yayına qədərdir. Nəşr yazıb ki, o, "Yuventus"un Çempionlar Liqasının 1/8 finalında "Portu" səddini keçə bilməyərək mübarizəni dayandırmasından sonra komandasını dəyişdirmək fikrinə düşüb. Həmçinin klub da Ronaldonun transferinin əleyhinə deyil. Çünki "Yuventus" ona böyük məbləğdə- illik 31 milyon avro maaş ödəyir. Toyuqlu pizza

Qeyd edək ki, Ronaldo bu mövsüm 32 matça çıxaraq, 27 qol vurub və 4 qolun ötürməsini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!