Ronaldo bir oyunda 2 qol vurdu, “Əl-Nəsr” qələbə qazandı  

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo bir oyunda 2 qol vurdu, “Əl-Nəsr” qələbə qazandı  

İdman

30 Avqust 2023 10:17 571


Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda "Əl-Nəsr" - "Əl-Şəbab" oyunu keçirilib. 

Yenisabah.az xəbər verir ki, matç Ər-Riyaddakı “Əl Avval Park” stadionunda oynanılıb. Görüş "Əl-Nəsr"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda "Əl-Nəsr"in məşhur futbolçusu Kriştiano Ronaldo da fərqlənib. O, dubla imza atıb. Sezar pizza

Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının son mövsümündə turnir cədvəlində 2-ci olub. Komanda 30 görüşdən sonra 67 xal toplayıb. “Əl Şabab” 56 xalla 4-cü yerdə qərarlaşıb. “Əl-İttihad” ölkənin son çempionudur (72). Hazırda isə "Əl-Nəsr" 6-cı pillədədir. 

"Əl-Nəsr" - "Əl-Şəbab" - 4:0 

Qollar: Ronaldo 13-pen; 38-pen; Mane, 40, Alqanham, 80 

Qırmızı vərəqə: Ever Baneqa, 78 ("Əl-Şəbab") 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!