Ronaldo bir reklamı 1,6 milyon dollara paylaşır

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo bir reklamı 1,6 milyon dollara paylaşır

İdman

01 İyul 2021 11:43 631


Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo "İnstaqram"da  reklam paylaşımının qiymətinə əsasən illik reytinq siyahısında 1-ci olub.

Yenisabah.az xəbər verir ki, bu barədə "The Guardian" nəşrinin hazırladığı siyahıda 36 yaşlı oyunçu ən yüksək pillədə yer alıb. O, sosial şəbəkədəki bir reklam paylaşımı üçün 1,6 milyon dollar qazanır. Ronaldo tarixdə ilk dəfə bu göstəricidə 1-ci olan ilk futbolçu olub. O, güləşçi və aktyor Dueyn Conson və müğənni Ariana Qrandeni geridə qoyub.

Kriştiano ötən il bu reytinqdə 3-cü idi. Həmin vaxt onun bir paylaşımın qiyməti 889 min dolları idi. Marqarita pizza

Portuqaliyalı oyunçunun "İnstaqram"da ildə 40 milyon dollar qazandığı təxmin edilir ki, bu da futbolçunun Turin təmsilçisindəki maaşından çoxdur.

Qeyd edək ki, Ronaldo "İnstaqram"da 300 milyondan çox izləyicisi olan ən populyar insandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!