Ronaldo bu hərəkətinə görə cəzalandırıldı    - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo bu hərəkətinə görə cəzalandırıldı  - FOTO

İdman

29 Fevral 2024 10:56 1096


"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo azarkeşlərə qarşı nalayiq jest etdiyi üçün cəzalandırılıb. 

Yenisabah.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun “Əl-Şəbab”la oyununda (3:2) göstərdiyi jestə görə 1 oyunluq diskvalifikasiya olunub. 

Ronaldonun özü bu işarənin "güc və qələbə ifadə etdiyini" və Avropada "onlar buna öyrəşdiyini" söyləyib.  Dominos pizza

Bu mövsüm Ronaldo "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 29 oyun keçirib, 28 qol vurub və 11 qolun ötürməsini verib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!