Ronaldo bu maşına 9,5 milyon avro verdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo bu maşına 9,5 milyon avro verdi - Foto

İdman

02 Avqust 2020 12:05 1198


Məşhur futbolçu Kriştiano Ronaldo özünü mükafatlandıraraq dünyanın ən bahalı avtomobilini alıb.

Yenisabah.az xəbər verir ki, o, yeni maşınına 9,5 milyon avro ödəyib.

Futbolu qədər aldığı maşınlarla da gündəmə gələn Ronaldo bu dəfə kolleksiyasına idman tərzli avtomobil daxil edib. Marqarita pizza

Axsam.az yazır ki, 35 yaşlı futbolçu maşınına adının baş hərfini "CR" yazısını yazdırıb. Dünyanın ən bahalı avtomobilinə sahib olan futbolçunun qarajındakı maşınların ümumi dəyəri 30 milyon avrodur.

Onun yeni maşınından dünyada sadəcə 10 ədəd var. Eyni zamanda dünyanın ən sürətli maşını hesab edilir. Ronaldo bundan əvvəlki maşınına 2 milyon avro ödəmişdi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!