Ronaldo bu tarixdə Bakıya gələcək

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo bu tarixdə Bakıya gələcək

İdman

05 Avqust 2021 15:14 1661


Futbol üzrə Azərbaycan millisinin oyunlarında "VAR" (Video-Assistant-Referee) sistemindən istifadə olunacaq.

Yenisabah.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, DÇ-2022-nin Avropa seçmə mərhələsində bu ilin sentyabrından etibarən keçiriləcək bütün oyunlarda "VAR" sistemi tətbiq olunacaq.

Qeyd edək ki, milli komandamız DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 7-də Bakıda Kristiano Ronaldunun kapitanı olduğu Portuqaliya millisi ilə qarşılaşacaq. Sözügedən sistem məhz ilk olaraq bu matçda tətbiq olunacaq. Dördpendirli pizza

Qeyd edək ki, daha əvvəl VAR sistemindən Bakıda istifadə olunub. Lakin bu, UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçirilmiş final matçı və AVRO-2020-nin bu il Bakıda təşkil olunmuş dörd oyunu zamanı baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!