Ronaldo bunu bacaran ilk futbolçu oldu

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo bunu bacaran ilk futbolçu oldu

İdman

28 Sentyabr 2023 15:14 608


“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbol tarixində mindən çox məğlubiyyətsiz oyun keçirən ilk futbolçu olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb. 

Asiya Çempionlar Liqasında “Persepolis”ə qarşı matç (2:0) 38 yaşlı forvardın karyerasında 1000-ci məğlubiyyətsiz görüşü olub. Bundan sonra futbolçu Səudiyyə Ərəbistanı çempionatında komandasına “Əl-Əhli”ni məğlub etməkdə (4:3) köməklik edib.  Marqarita pizza

Ümumilikdə Ronaldonun hesabında 777 qələbə, 224 heç-heçə və 182 məğlubiyyət var. 1001 məğlubiyyətsiz oyunun 21-i “Sportinq”də, 284-ü “Mançester Yunayted”də, 386-sı “Real"da, 114-ü “Yuventus”da, 27-si “Əl Nəsr”də və 168-i Portuqaliya millisində oynayarkən olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!