Ronaldo daha bir rekorda imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo daha bir rekorda imza atdı

İdman

03 Mart 2021 12:51 910


A seriyasının 25-ci turunda "Spezia" ilə matç (3:0) "Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı hücumçu görüşdə fərqlənməklə çempionatın 2020/21 mövsümündə vurduğu qolların sayını 20-yə çatdırıb. Beləliklə, o, ardıcıl 12 mövsüm çıxış etdiyi komandalarla yerli liqada ən azı 20 qol vuraraq mütləq rekorda imza atıb.

Portuqaliyalı oyunçu bu uğurlu seriyaya 2008/09-cü illər mövsümündə "Mançester Yunayted"in heyətində başlayıb. O, "Real"da çıxış edərkən də ənənəsinə sadiq qalıb. Pepperoni pizza

Qeyd edək ki, Ronaldo A seriyasında bombardirdir. Onun ən yaxın izləyicisi Romelu Lukakunun ("İnter")  aktivində 18 qol var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!