Ronaldo: “Əl-Nəsr” yeni mövsümdə hər kuboku qazanacaq”

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo: “Əl-Nəsr” yeni mövsümdə hər kuboku qazanacaq”

İdman

24 İyul 2023 11:39 783


"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Yaponiyada təlim-məşq toplanışı zamanı yeni mövsümlə bağlı fikirlərini bildirib. 

Yenisabah.az goal.com-a istinadən xəbər verir ki, o deyib:  “Biz Yaponiyada olmaqdan çox şadıq. "Əl-Nəsr" üçün bu, ilk belə səfərdir. Qarşıda bizi iki yaxşı matç gözləyir və həyəcanlıyıq. Yaponiyada hamı futbola çox həvəslidir. Biz şou göstərmək üçün buradayıq.

Yeni mövsümdə bütün kubokları qazanacağımıza ümid edirik. Bəli, çətin olacaq, amma düşünürəm ki, yeni məşqçi və yeni oyunçularla yaxşı komandamız var. Biz möhtəşəm mövsümü səbirsizliklə gözləyirik". Marqarita pizza

"Əl-Nəsr" Yaponiyada PSJ və “İnter”lə qarşılaşacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!