Ronaldo evləndi, toyuna 400 qonaq dəvət etdi

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo evləndi, toyuna 400 qonaq dəvət etdi

İdman

26 Sentyabr 2023 16:33 1097


İkiqat dünya çempionu və 2 "Qızıl top"un qalibi olan braziliyalı Ronaldo yeddi illik münasibətdən sonra model Selina Loks ilə ailə həyatı qurub. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Toy dünən, sentyabrın 25-də olub. Toy mərasimi İbizada, "Es Cubell" kilsəsində baş tutub. Qeyd olunur ki, toydan sonra Ronaldonun şəxsi evində 400 qonağın iştirak etdiyi şənlik təşkil olunub. 

“Bu gün biz ailələrimizi şəxsi bayramımıza topladıq. Beləliklə, emosiyalarla dolu bir həyata qədəm qoyuruq” - deyə yeni evlənənlər sosial şəbəkə hesablarında paylaşım ediblər.  Toyuqlu pizza

Qeyd edək ki, Braziliya millisinin heyətində Ronaldo 99 oyun keçirib, 62 qol vurub və 25 qolun ötürməsini verib. O, 1994-2011-ci illərdə yığmanın formasını geyinib. Sabiq forvard 2 dəfə dünya çempionatının (1994,2002), 2 dəfə Amerika Kubokunun (1996/1997, 1998/1999) qalibi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!