Ronaldo federasiya rəhbəri olmaq arzusundadır

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo federasiya rəhbəri olmaq arzusundadır

İdman

22 Noyabr 2024 14:11 689


Braziliya millisinin sabiq hücumçusu Ronaldo ölkə futbolunun hazırkı durumundan danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Ronaldo Braziliya futbolunun böyük dəyişikliklərə ehtiyacı olduğun deyib. 48 yaşlı keçmiş oyunçu Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istədiyini vurğulayıb: 

“Mən Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyirəm. Mənim istəyim dəyişmir. Biz uyğun anı gözləyirik. Mən son dərəcə hazıram. Braziliya futbolunun böyük dəyişikliklərə ehtiyacı var. İndi mən namizəd deyiləm, çünki seçki gözlənilmir. Bu, sadəcə mənim istəyimdir”. Sezar pizza

Hazırda Ronaldo İspaniyanın "Real Valyadolid" klubunun prezidentidir. O, 1994-2011-ci illərdə Braziliya millisində oynayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!