Portuqaliya-Gürcüstan oyunu gürcülərin 2-0 hesabı ilə qələbəsi ilə nəticələnib. Bununla da Gürcüstan millisi ilk dəfə qatıldığı Avropa çempionatında 4 xal toplayaraq pley-off mərhələsinə keçib və tarixi uğura imza atıb.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotoda 11 il öncə “Dinamo” Tbilisinin akademiyasının açılışına gələn Kriştianu Ronaldonun şəkil çəkdirdiyi 10 uşaq dünənki matçda Portuqaliya ilə oyunda Gürcüstan millisinin formasını geyinib. Həmin foto geniş maraqla qarşılanıb.
Xatırladaq ki, Portuqaliya qarşısında Gürcüstan millisinin qollarını Kviça Kvaratsxeliya və Georgias Mikautadze vurub. Sezar pizza
Telegram kanalımız