Ronaldo ilin futbolçularına güldü

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo ilin futbolçularına güldü

İdman

31 Dekabr 2023 16:11 1370


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı futbolçularını açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, Portuqaliya millisinin və "Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo siyahıda yer almayıb. O, İFFHS-in sosial şəbəkə hesabında paylaşdığı siyahıya gülüş işarəsi atıb. 

Qeyd edək ki, 38 yaşlı Ronaldo 54 qolla 2023-cü ilin ən yaxşı bombardiri olub.  O, bu göstəricidə PSJ-nin hücumçusu Kilian Mbappe və "Bavariya"nın forvardı Harri Keyni qabaqlayıb. Hər iki futbolçu bu il 52 qol vurub.  Pepperoni pizza

İFFHS-in versiyasına əsasən 2023-cü ilin ən yaxşı 10 futbolçusu 

1. Erlinq Haaland ("Manchester Siti", 208 xal) 

2.Kilian Mbappe (PSJ, 105 xal) 

3. Lionel Messi ("İnter Mayami", 105 xal) 

4. Rodri ("Mançester Siti", 55 xal)

5. Jude Bellngem ("Borussiya" D, "Real", 34 xal) 

6.Kevin de Brüyne, ("Mançester Siti, 27 xal) 

7. Harri Keyn ("Tottenhem", "Bavariya", 18 xal) 

8.Bernardu Silva ("Mançester Siti, 9 xal) 

9. Vinisius Junior ("Real", 8 xal) 

10. Lautaro Martinez ("İnter", 7 xal) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!