Ronaldo illik 240 milyon avronu rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo illik 240 milyon avronu rədd etdi

İdman

13 Sentyabr 2022 15:41 1107


"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldoya Səudiyyə Ərəbistanı klubundan yüksək məbləğli təklif göndərilib.

Yenisabah.az "Mirror"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu portuqaliyalı oyunçuya ildə 240 milyon avro maaş təklif edib. Lakon Ronaldo  onu avtomatik olaraq dünyanın ən çox maaş alan futbolçusu edəcək təklifi rədd edib.

Xəbərdə o da qeyd olunub ki,  37 yaşlı forvard ona verilən oyun müddətindən  narazı olduğu üçün onun bu mövsümün sonuna qədər “Mançester Yunayted”dən ayrılmaq ehtimalı yüksək olaraq qalır. Toyuqlu pizza

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldonu yerli çempionata gətirmək istədiyini bildirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!