"Yuventus"un (İtaliya) və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldo koronavirusla mübarizəyə dəstək vermək qərarına gəlib.
"Yeni Sabah" xəbər verir ki, hücumçu tibb müəssisələrinə dərman və digər lazımlı vasitələr alacağını bildirib.
Bundan əvvəl 35 yaşlı oyunçunun agenti Jorje Mendeş də eyni addımı atıb. J.Mendeş Portuqaliya xəstəxanalarına dərman, tibbi xalat və maskalar göndərib. Dördpendirli pizza
Qeyd edək ki, K.Ronaldo hazırda Portuqaliyadadır. O, virusun İtaliyada yayılmasının qarşısı alınana qədər ora dönmək niyyətində deyil.
Telegram kanalımız