“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo fevralın 1-də Ər-Riyadda keçiriləcək “İnter Mayami” ilə yoldaşlıq görüşünü buraxa bilər.
Yenisabahaz xəbər verir ki, bu barədə “Arab Sports” məlumat yayıb. Portuqaliyalı hücumçu zədə səbəbindən bu matçı buraxa bilər. Onun Çindəki təlim-məşq toplanışında iştirakı da sual altındadır. Bu isə o deməkdir ki, Ronaldo-Messi qarşıdurması baş tutmaya bilər.
Qeyd edək ki, "İnter Mayami"də Lionel Messi oynayır. Əvvəllər Ronaldo və Messi uzun illər İspaniya çempionatında bir-birinə qarşı oynayıblar, onlar müvafiq olaraq “Real” və “Barselona”da çıxış ediblər. pizza mizza
Telegram kanalımız