Ronaldo oğluna görə niyə narahatdır?   - Həbib açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo oğluna görə niyə narahatdır? - Həbib açıqladı

İdman

04 Mart 2021 13:06 757


UFC çempionu Həbib Nurmaqomedov "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ilə söhbətləri haqda danışıb.

Yenisabah.az xəbər verir ki, dağıstanlı döyüşçü Yutubdakı "Krasava" səhifəsinin canlı yayımında deyib:

"Kriştiano futbolçu oğlunun onu keçməsini istəyir. Amma o, bunun baş verməyəcəyinə görə narahatdır. Oğlunun yaşındaykən Ronaldo arzulayırmış ki, sadəcə, butsları olsun. Onun oğlunun isə hər şeyi var". pizza mizza

Ronaldo ondan narahatdır ki, oğlu qələbəyə ac olmayacaq: "Kriştiano bu misalı çəkəndə həm təəccübləndim, həm də  fikri bəyəndim. Bir daha başa düşdüm ki, o, heç vaxt bir, iki, üç titulla kifayətlənməyəcək. Fikrimcə, Ronaldo ən azı iki-üç mövsüm də çoxlu qol vurmağa davam edəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!