Ronaldo Pelenin rekordunu qırdı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo Pelenin rekordunu qırdı

İdman

28 Fevral 2021 12:26 1142


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo futbol tarixinin ən yaxşı bombardiri olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) məlumat yayıb.

IFFHS yalnız rəsmi oyunlarda ən yüksək səviyyədə vurulan qolları nəzərə alıb. pizza mizza

Portuqaliyalı hücumçu son olaraq İtaliya çempionatının 24-cü turunun "Verona" ilə matçda (1:1) fərqlənib. Bu, 36 yaşlı hücumçunun karyerasında 766-cı qolu olub. Bununla da Ronaldo bu göstəricidə rekordçu Peleni geridə qoyub. Braziliyalı əfsanə karyerasında 765 dəfə qol vurub.

Qeyd edək ki, Ronaldo bu mövsüm "Yuventus"da 29 matça çıxıb, 26 qol vurdu və 3 məhsuldar ötürmə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!