UEFA Millətlər Liqası A qrupunda Portuqaliya millisi doğma meydanda Polşa seçməsini qəbul edib. Lissabonda baş tutan oyunda meydan sahibləri 5-1 hesablı darmadağına imza atıb.
Yenisabah.az xəbər verir ki, matçda Kristiano Ronaldonun fantastik performansı diqqət çəkib. 39 yaşlı əfsanəvi kapitan 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliyalıların digər qollarını Rafael Leao, Bruno Fernandes və Pedro Neto vurub. Qonaqların yeganə qolu isə Dominikan Marzukdan gəlib. pizza hut
Bu nəticə ilə Portuqaliya xallarının sayını 13-ə yüksəldib. Polşa millisi isə 4 xalda qalıb.
Telegram kanalımız