Ronaldo “Real“a qayıdır? -  “Yuventus“un bazasında   MƏXFİ GÖRÜŞ

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo “Real“a qayıdır? - “Yuventus“un bazasında MƏXFİ GÖRÜŞ

İdman

20 Yanvar 2021 13:18 815


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo sabiq klubu "Real"ın prezidenti Florentino Perezlə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüş Turində, "Yuventus"un bazasında olub. Lakin tərəflərin hansı məsələ ilə bağlı müzakirə apardığı məlum deyil.

Ronaldo "Yuventus"a 2018-ci ildə məhz "Real"dan keçib. 35 yaşlı hücumçunun transfer dəyəri 117 milyon avrodur. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir. pizza

Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm A seriyasında 14 matça çıxaraq, 15 qol vurub və 2 qolun ötürməsini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!