"Ronaldo "Real"a qayıtmaq istəyir"

saytların hazırlanması

Evə çatdırılma

"Ronaldo "Real"a qayıtmaq istəyir"

İdman

02 Mart 2020 22:47 1323


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Real"a qayıda bilər. "Yeni Sabah" xəbər verir ki, bu barədə portuqaliyalı hücumçunun dostu Edu Aquirre məlumat verib: "Əminliklə bilirəm ki, Kriştiano Ronaldo "Real"a qayıtmaq istəyir. O, "Barselona" ilə oyunu izləmək üçün getdiyi "Santyaqo Bernabeu" stadionunda özünə qarşı əvvəlki sevgini hiss etdi və bundan təsirləndi. Bəli, hazırda Yuventus"dakı işinə köklənib. Ancaq futbolda gələcəkdə nə olacağını bilmək olmaz". Qeyd edək ki, Ronaldo 2009 – 2018-ci illərdə "Real"da oynayıb. /Qol.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!