Ronaldo üçün böyük fəlakət

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo üçün böyük fəlakət

İdman

30 Oktyabr 2022 12:16 1160


Kriştiano Ronaldo "Mançester Yunayted"ə qayıtmasını "fəlakət" hesab edir. 

Yenisabah.az xəbər verir ki, bu barədə "The Sun" nəşri jurnalist Conatan Kleqin gələn ay çıxacaq kitabına yazıb. Bildirilib ki, portuqaliyalı hücumçu "qırmızı şeytanlar"ın keçmiş baş məşqçisi Ralf Ranqnikin rəhbərliyi altındakı dövrü mənfi qiymətləndirir.  37 yaşlı oyunçu 2009-cu ilin yayında "Real"a getdikdən sonra klubun dəyişməməsinə əsəbiləşib. Hücumçu həm də ondan qəzəblənir ki, yalnız bir neçə futbolçu onunla eyni səviyyədə formada qalıb. Bundan başqa, Ronaldo “Yunayted”in məşq obyektlərinə sərmayə qoyulmamasından narazıdır.

Qeyd edək ki, futbolçu 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib və 2009-cu ilin yayında "Real"a keçib. O, 2021-ci ilin yayında İngiltərə klubuna qayıdıb.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!