Ronaldo vacib oyunda meydandan qovuldu - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo vacib oyunda meydandan qovuldu - FOTO 

İdman

09 Aprel 2024 12:25 1225


Futbol üzrə Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl Hilal” və “Əl Nəsr” komandaları qarşılaşıb. 

Yenisabah.az xəbər verir ki, “Əl Hilal” rəqibini 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. 

Qarşılaşmada hesabı 61-ci dəqiqədə “Əl Hilal”ın Səudiyyə Ərəbistanının yarımmüdafiəçisi Salem Əl-Dəvsəri açıb. 72-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü braziliyalı hücumçu Malkom dubl edib.  Toyuqlu pizza

86-cı dəqiqədə "Əl Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo topu oyuna daxil etməmişdən əvvəl rəqibini dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə alıb. 

Seneqallı yarımmüdafiəçi Sadio Mane əlavə edilmiş 9-cu dəqiqədə fərqi azaldıb. 

Finalda "Əl Hilal"ın rəqibi "Əl Vəhda"nı 2:1 hesabı ilə məğlub edən "Əl İttihad" olacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!