Ronaldo və sevgilisi karantin qaydalarını pozdu

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo və sevgilisi karantin qaydalarını pozdu

İdman

28 Yanvar 2021 17:17 917


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriges karantin qaydalarını pozublar.

Yenisabah.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, cütlük Valle d'Aosta’dakı Piedmont bölgələri arasındakı sərhədi keçib, hər ikisi də narıncı bölgədədir. Portuqaliyalı hücumçu sevgilisinin 27 yaşını qeyd etmək üçün onunla xizək mərkəzinə gedib.

Onların rəsmi olaraq bağlanmış bir oteldə yaşadıqları deyilir. Ronaldo və Corcinanın xizək mərkəzindəki videosu sosial şəbəkələrdə yayılıb, daha sonra silinib. Dominos pizza

35 yaşlı oyunçu və sevgilisi koronavirusa qarşı tədbirləri pozduqları üçün cərimələnə bilərlər.

Qeyd edək ki, Ronaldo İtaliya kubokunun 1/4 finalında dünən keçirilən SPAL-la matçda (4:0) oynamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!