Ronaldo yeni rekorda imza atdı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo yeni rekorda imza atdı

İdman

24 Mart 2023 09:09 988


Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandanın heyətində ən çox oyun keçirmə rekorduna imza atıb.

Yenisabah.az xəbər verir ki, Lixtenşteynə qarşı 2024-cü il Avropa Çempionatının seçmə oyununda Portuqaliya millisinin heyətində çıxışı 197-ci olub.

38 yaşlı portuqaliyalı Küveyt millisində 196 oyun keçirmiş Bader əl-Mutavanı geridə qoyub. Pepperoni pizza

Lixtenşteynlə qarşılaşmada (oyun Lissabonda keçirilib) Ronaldo 2 qol vurub və Portuqaliya 4:0 hesabı ilə qalib gəlib. Ronaldonun çıxışı yeni rekordu qeydə aldırıb: hücumçu rəsmi turnirlərdə ölkəsinin milli komandasının heyətində 100 qol həddinə çatan dünyada ilk futbolçu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!