Ronaldodan kraliça II Elizabetlə bağlı paylaşım

saytların hazırlanması

Evə çatdırılma

Ronaldodan kraliça II Elizabetlə bağlı paylaşım

İdman

10 Sentyabr 2022 14:50 1050


“Manchester United” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo kraliça II Elizabetin ölümünə münaisbət bildirib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb:

“Mən karyeramın yeddi ilini Premyer Liqada keçirmişəm. Bu illər ərzində mən Böyük Britaniyanın öz Kraliçasına sonsuz məhəbbətini hiss etdim, Ülyahəzrətin Britaniya xalqı üçün nə qədər əhəmiyyətli olduğunu və onun əbədi olaraq qalacağını hiss etdim. Mən onun xatirəsini ehtiramla yad edir və bu əvəzedilməz itki üçün doğma yurdum deməyə gəldiyim ölkə ilə birlikdə yas tuturam. Düşüncələrim və dualarım kral ailəsi ilədir”, - portuqaliyalı ulduz yazıb. Marqarita pizza

Xatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!