Ronaldonun 39 yaşı tamam olur 

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun 39 yaşı tamam olur 

İdman

05 Fevral 2024 11:33 818


Bu gün ulduz futbolçu, Portuqaliya millisinin və "Əl-Nəsr"in üzvü Kriştiano Ronaldonun doğum günündür. 

Yenisabah.az xəbər verir ki, forvardın 39 yaşı tamam olur. 

Kriştiano Ronaldo peşəkar karyerasına Portuqaliya “Sportinq”ində başlayıb. Burada “Mançester Yunayted”lə yoldaşlıq görüşü zamanı həmin vaxt “qırmızı şeytanlar”ın baş məşqçisi olan Aleks Ferqyusonun diqqətini cəlb edib. Bir müddət sonra - 2006-cı ildə Ronaldo "Mançester Yunayted"ə keçib. 2009-cu ildə isə hücumçu "Real"a transfer olunub. Onun ən əhəmiyyətli və diqqət çəkən nailiyyətləri İspaniya klubundakı karyerası ilə bağlıdır. Ronaldo 2018-ci ildə "Real"la vidalaşaraq "Yuventus"a qatılıb. 2021-ci ildə "Mançester Yunayted"ə qayıdan Ronaldo 2022-ci ilin noyabr ayında baş məşqçi Erik ten Haq ilə münaqişə səbəbindən klubdan ayrılıb. Futbolçu həmin ilin dekabr ayının 30-da Səudiyyə Ərəbistanı "Əl-Nəsr"inə keçib və hazırda da bu komandada çıxış edir.  Marqarita pizza

Kriştiano 2003-cü ildən Portuqaliya millisinin üzvüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!