Ronaldonun klubu Çempionlar Liqasında oynaya bilər

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun klubu Çempionlar Liqasında oynaya bilər

İdman

15 Noyabr 2023 12:35 761


UEFA Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun Avropa Çempionlar Liqasında iştirak imkanlarını nəzərdən keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, UEFA rəhbərliyi portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldonun çıxış etdiyi komandanın populyarlığının yüksək olmasına görə Səudiyyə klubunu Çempionlar Liqasına dəvət etməkdə maraqlıdır. Sezar pizza

Çempionlar Liqasının formatı 2024-cü ildən dəyişdiriləcək.

Komandaların sayı 24-dən 36-ya yüksələcək, qrup mərhələsi vahid liqa ilə əvəz olunacaq. Hər bir klub ən azı 10 müxtəlif komanda ilə oynayacaq. Bunlardan 5-i öz meydanında, 5-i səfər meydanında baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!