Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” yeni baş məşqçisi ilə silsilə qələbələr qazanmaqda davam edir.
Yenisabah.az xəbər verir ki, Səudiyyə Ərəbistan liqasında çıxış edən klub bu dəfə “Əl-Vahda”nı 2-0 hesabı ilə məğlub edib.
“Əl-Nəsr”in qollarını 41-ci dəqiqədə Angelo Borqes və 56-cı dəqiqədə Kriştiano Ronaldo vurub. Pepperoni pizza
39 yaşlı portuqaliyalı ulduz bu mövsüm 5 oyunda 4 qolla yadda qalıb.
“Əl-Nəsr” yeni baş məşqçisi Stefano Piolinin rəhbərliyi altında çıxdığı 3 matçda maksimum nəticə qazanıb. Klub hazırda yerli liqada liderlikdə qərarlaşıb.
Telegram kanalımız