Ronaldonun oğlu atasının yolu ilə gedir - Video 

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun oğlu atasının yolu ilə gedir - Video 

İdman

10 Yanvar 2024 12:17 1053


Kriştiano Ronaldonun oğlu atasının yolunu uğurla davam etdirmək üçün səylə çalışır. 

Yenisabah.az xəbər verir ki, Britaniya mediasında 13 yaşlı kiçik Kriştianonun "Çelsi"nin akademiyasında məşq zamanı çəkilən videosu yayılıb. Videoda onun cərimə zərbələri üzərində hazırlaşdığı görünür. 

Zərbə zamanı top manekenlərdən ibarət canlı səddin üzərindən adlayaraq qapının "doqquzluğ"una  gedir.  Sezar pizza

Qeyd edək ki, ata Kriştino Ronaldo da cərimə zərbələrinin mahir ifaçısı kimi tanınır.

Əlavə edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə keçdikdən sonra kiçik Ronaldo da bu klubun akademiyası ilə müqavilə imzalayıb. O, daha əvvəl "Mançester Yunayted", "Real" və "Yuventus"un aşağı yaş qruplarında da oynayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!