Turin prokurorluğu "Yuventus"un hücumçusu Kriştiano Ronaldonun qardaşı Huqo Dinarte Santuş Aveyruya qarşı fırıldaqçılıq ittihamı ilə cinayət işi açıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. Bildirilib ki, Aveyronun sahib olduğu "Mussara" şirkətinin Turinin "Pegaso" şirkətindən üzərində Ronaldonun muzeyinin loqosu olan 500 min avro dəyərində köynəklər sifariş verib. Ancaq bu məbləğin cəmi 150 min avrosu vasitəçiyə ödənilib. Daha sonra "Mussara" köynəklərin istehsalının dayandırılmasını istəyib. Şirkət eyni zamanda hazırlanmış köynəklərin hər biri üçün qarşı tərəfə 4 avro təklif edib.
"Pegaso"nun baş verənlərə görə Aveyrunu məhkəməyə verdiyi bildirilib. Toyuqlu pizza
Telegram kanalımız