Ronaldonun qolunu saymayan hakim üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun qolunu saymayan hakim üzr istədi

İdman

28 Mart 2021 12:01 1269


Hollandiyalı baş hakim Danni Makkeli DÇ-2022-nin seçmə mərhələsində Kriştiano Ronaldonun uzatma dəqiqələrində Serbiyaya vurduğu təmiz qolu saymadığı üçün üzr istəyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş danışıb. 66 yaşlı mütəxəssis Makkelinin matçdan sonra epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq etdiyini bildirib:

"O, hələ meydançada mənə dedi ki, görüntülərə baxacaq və əsas olarsa, üzr istəmək niyyətindədir. Belə də oldu, üzr istədi". Dördpendirli pizza

Qeyd edək ki, Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!