Ronaldonun Türkiyə üçün hərraca çıxarılan forması satıldı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun Türkiyə üçün hərraca çıxarılan forması satıldı

İdman

09 Fevral 2023 16:53 1390


Türkiyə millisinin üzvü Merih Demiral ölkəsində baş verən zəlzələdən zərərçəkənlərə kömək üçün hərraca çıxardığı Kriştiano Ronaldo, Paulo Dibala və Leonardo Bonucinin formalarından 5 milyon Türkiyə lirəsi (451 min 328 manat) əldə edib. 

Yenisabah.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə 24 yaşlı müdafiəçi özü açıqlama yayıb. O, 3 formanın hərracda satışından ümumilikdə 5 milyon türk lirəsi qazanıldığını bildirib. Həmin məbləğ zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə göndərilib. 

Alvaro Morata və Antuan Qrizmannın formalarının satışı üçün hərrac isə davam edir.   Sezar pizza

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 12 min nəfərdən çox insan həyatını itirib, 62 min nəfərdən çox şəxs yaralanıb./Qol.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!