Ronaldonun yaşadığı adada koronavirus yayılıb   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun yaşadığı adada koronavirus yayılıb - Fotolar

İdman

20 Aprel 2020 13:39 1037


"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun hazırda yaşadığı Madeyra adasında koronavirus aşkarlanıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun virusdan qorunmaq üçün qaldığı adanın 20 kilometr yaxınlığındakı ərazidə virusa yoluxanlar olub. Cümə günündən bəri 54 nəfərin yoluxduğu bölgə Portuqaliya rəhbərliyi tərəfindən izolyasiya edilib. 18 min insanın yaşadığı adada Ronaldonun villasının da olması pərəstişkarlarını narahat edib. 

Qeyd edək ki, koronavirus təhlükəsi səbəbindən futbolçu “Yuventus”un düşərgəsindən ayrılaraq Portuqaliyadakı Madeyra şəhərinə gəlmişdi. O, ailəsi ilə yanaşı bacısı və anasını da özü ilə Madyeraya aparıb. 35 yaşlı futbolçu hazırda ailəsi ilə birgə həmin adadır. Dominos pizza

O mayın 4-dən sonra geri dönüb 14 günlük karantində qaldıqdan sonra məşqlərə davam edəcək.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!