Ronaldonun yatdığı çarpayı hərraca çıxarılacaq 

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun yatdığı çarpayı hərraca çıxarılacaq 

İdman

03 Aprel 2024 14:52 967


Sloveniya otellərindən biri Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun yatdığı çarpayını xeyriyyə hərracına çıxarmaq qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Ronaldo martın 26-da Portuqaliya millisinin heyətində Sloveniya ilə yoxlama oyunu üçün ölkənin paytaxtı Lyublyanada olub. Komanda "Grand Plaza" otelində qalıb. Otelin nümayəndəsi təsdiqləyib ki, Ronaldonun yatdığı çarpayı xeyriyyə məqsədilə hərraca çıxarılacaq. Başlanğıc qiymətinin 5 min avrodan bir qədər çox olacağı bildirilir. pizza sifarişi

Qeyd edək ki, Sloveniya millisi Portuqaliyaya 2:0 hesabı ilə qalib gəlib. Ronaldo meydana start heyətdə çıxıb və sonadək oynayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!