Ronaldoya 99 şallaq cəzası - İranlı qadını qucaqladığı üçün...

Ronaldoya 99 şallaq cəzası - İranlı qadını qucaqladığı üçün...

İdman Veb saytların hazırlanması

13 Oktyabr 2023 15:13 624


İranda portretini çəkən iranlı rəssam Fatimeh Hamamini qucaqladığı üçün Kriştiano Ronaldo 99 şallaq cəzası ilə mühakimə olunur. 

Bakupost.az xəbər verir ki, Ronaldonun komandası "Əl Nəsr" Asiya Çempionlar Liqasında "Persepolis"lə qarşılaşmaq üçün Tehrana yollanıb. Ronaldonun komandası bu görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Oyundan sonra iranlı rəssam Hamami çəkdiyi portretləri Ronaldoya hədiyyə edib. Ronaldo Hamamiyə imzalı formasını hədiyyə edib və onu qucaqlayıb.

Bir çox iranlı hüquqşünas Ronaldonun qucaqlaşmasına görə onu şikayət edib. Çünki İran qanunlarında subay qadına toxunmağın cəzasının zina ilə bərabər olduğu və 99 şallaq zərbəsi tələb olunduğu qeyd olunub. 

Qeyd olunur ki, Kriştianu Ronaldo peşman olduğunu və bir daha bunu etməyəcəyini bildirsə, 99 şallaq cəzası bağışlanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!