Ronaldo “Yuventus”dan gedir? - Prezident   AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo “Yuventus”dan gedir? - Prezident AÇIQLADI

İdman

10 Avqust 2020 14:39 1090


“Yuventus”un prezidenti Andrea Anyelli Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lion”la cavab oyunu (2:1) barədə açıqlama verib.

Yenisabah.az xəbər verir ki, klub rəhbəri “qoca sinyora”nın turnirdə mübarizəni dayandırması və Kriştiano Ronaldonun gələcək taleyi ilə bağlı danışıb:

“Çətin mövsüm oldu. Ardıcıl doqquzuncu çempionluğumuzu qazandıq və tarix yazdıq. Çempionlar Liqasındakı bu məğlubiyyət bizim üçün, azarkeşlər üçün məyusluq yaradır. Marqarita pizza

Son illərdə dediyim kimi, Çempionlar Liqası bir xəyal idi, indi isə hədəf olmalıdır. Turnirdən bu cür kənarlaşmaq bizi təəssüfləndirir. “Yuventus”un hədəfləri var, həm ölkə daxilində, həm də Avropada bizi sevindirməlidir.

ÇL tarixinin ən yaxşı futbolçusuna sahibik. Bu dəffə də bunu sübut etdi. Qarşıdakı bir neçə gündə düşünüb, dəyərləndirəcəyik və qarşıdakı mövsüm üçün qərarlar verəcəyik. Ronaldonun “Yuventus”un əsas futbolçusu olmağa davam edəcəyinə sizi əmin edə bilərəm”.

    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!