Ronaldu Ginnesin Rekordlar Kitabına düşdü

saytların hazırlanması

Evə çatdırılma

Ronaldu Ginnesin Rekordlar Kitabına düşdü

İdman

03 Sentyabr 2021 13:49 952


Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted"in futbolçusu 10-cu dəfə Kriştianu Ronaldu Ginnesin Rekordlar Kitabına düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu şəxsi sosial media hesabında paylaşım edib.

Təcrübəli forvard yığma komandada ən çox qol vuran futbolçu kimi rekordlar kitabına düşüb. pizza

Bu münasibətlə futbolçuya xüsusi sertifikat təqdim olunub.

Xatırladaq ki, İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl edən Ronaldu Portuqaliya millisində 111-ci qoluna imza ataraq, İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu (109 qol) qırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!