Ronaldunun karyerasını davam etdirmək istədiyi klub məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Ronaldunun karyerasını davam etdirmək istədiyi klub məlum oldu

İdman

04 İyul 2021 15:18 1283


Portuqaliyanın futbol üzrə yığmasının və İtaliyanın "Yuventus" komandasının hücumçusu Kriştianu Ronaldu karyerasını Turin klubunda davam etdirmək istəyir.

Yenisabah.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” bildirib.

Məlumata görə, portuqal hücumçunun agenti Jorje Mendeş artıq "Yuventus" rəhbərliyinə Ronaldunun müqaviləni 2023-cü ilin iyununa qədər uzatmaq arzusu barədə məlumat verib. Turin klubunun rəhbərliyi fikirləşmək üçün vaxtın verilməsini xahiş edib, çünki "Yuventus" koronavirus pandemiyasına görə Ronaldunun ildə 31 milyon avro təşkil edən maaşını çətinliklə ödəyib. pizza mizza

Xatırladaq ki, Ronaldu "Yuventus"da 2018-ci ildən çıxış edir. Otuz altı yaşlı portuqal hücumçu ötən mövsüm komandada 29 qol vuraraq, İtaliya çempionatının ən yaxşı bombardiri olub. "Yuventus"la Ronaldunun müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!