“Rosaviasiya”: Həmin vaxt Qroznıda “Kovyor” planı tətbiq edilib

saytların hazırlanması

Evə çatdırılma

“Rosaviasiya”: Həmin vaxt Qroznıda “Kovyor” planı tətbiq edilib

Dünya

27 Dekabr 2024 15:39 290


Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası "Kovyor" planının həyata keçirilməsinə başlamışdı.

Yenisabah.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bunu Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") rəhbəri Dmitri Yadrov bildirib.

“Azərbaycan Hava Yolları” QSC-nin “Embraer 190” təyyarəsini endirmək cəhdi zamanı Qroznı hava limanında sıx duman olduğunu bildirən gəminin kapitanı təyyarəni ona endirmək üçün 2 uğursuz cəhd edib. Marqarita pizza

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçan aparatları həmin vaxt Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura hücumlar təşkil edirdi. Bununla əlaqədar olaraq, Qroznı hava limanı ərazisində "Kovyor" (“Xalça”) planı tətbiq edilib:

“Qroznı hava limanının ərazisində sıx duman var idi. 500 metr hündürlükdə görmə qabiliyyəti yox idi”.

Yadrov qeyd edib ki, “Embraer” komandiri təyyarəni Qroznıya endirmək üçün 2 dəfə cəhd edib, bu cəhdlər uğursuz olub və o, Aktauya uçmaq qərarına gəlib.

"Rosaviasiya" rəhbəri bəyan edib ki, Rusiya Qazaxıstan və Azərbaycan tərəfini Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasının araşdırılması üçün əməkdaşlığa hazır olduqları barədə məlumatlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!