“Roşka”ya ittiham elan edildi

saytların hazırlanması

Evə çatdırılma

“Roşka”ya ittiham elan edildi

Kriminal

22 İyul 2025 15:45 468


Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.

Daha sonra Rəşad Süleymanova sərbəst ifadə üçün söz verilib. Sezar pizza

Məhkəmə qeyri-müəyyən tarixə təxirə salınıb.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!