Rövnəq Abdullayev Zelinski ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayev Zelinski ilə görüşdü

Siyasət

22 Yanvar 2020 20:57 1139


Ukrayna Prezidenti Vladimir Zelenski Davosda ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, V.Zelenski və Rövnəq Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrinə investisiya qoyulması, habelə Ukraynanın qaz nəqli imkanları barədə müzakirə aparıblar.  Pepperoni pizza

Ukrayna prezidenti ötən ilin dekabr ayında Azərbaycana səfərini xatırladaraq bu səfərin məhsuldar olduğunu deyib: “İnanıram ki, bu görüş ölkələrimiz arasındakı münasibətləri yeni mərhələyə qaldırdı”.

Tərəflər ARDNŞ ilə yeni layihələri, Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış müqavilələrin icrasını müzakirə ediblər.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!