Rövşanə: “Tamaşaçı əxlaq keşikçisi,  ər görüntüsünü sevmir”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rövşanə: “Tamaşaçı əxlaq keşikçisi, ər görüntüsünü sevmir” - VİDEO

Şou

28 Fevral 2025 13:11 339


Aparıcı Rövşanə Bektaşi sosial media və efir mühitində özünü təsdiq etməyin çətinliyindən danışıb. Yenisabah.az xəbər verir ki, "İnstagram" hesabında paylaşım edərək izləyicilərin və tamaşaçıların getdikcə daha tələbkar olduqlarını vurğulayıb:

"Özünütəsdiq formasını tapmaq müşkül işdir: ağıllı, düşünən tamaşaçı və ya izləyici çox tələbkar. Efir ciddi, sosial media isə daha qəddar güzgüdür. Cismin və xislətin çılpaqlığı ilə ortaya çıxır, gizlətmək mümkünsüz."

Bektaşi efirdə saxta obraz yaradanlara da səslənib. Onun fikrincə, tamaşaçı yalanı qəbul etmir və süni obrazlar nə qədər bəzədilsə də, nəticə uğurlu olmayacaq: Marqarita pizza

"Yalanı sevməz tamaşaçı. Mələk obrazı, əxlaq keşikçisi, namus maskası, rəngləri qarışıq ailə tablosu, papağı cibində ər görüntüsü və ya ərin maketləşmiş, teatrallaşmış miskin baxışları. Saxlayın özünüzə, bizə sırımayın".

Sonda aparıcı peşəkarlığın və fərdiliyin vacibliyini vurğulayıb:

"Hə, qaldı peşə məsələsinə: özünüz olun, özünüz, orijinal. Beyin, bilik, ağıl, istedad və ən vacib səmimiyyətinizlə, plagiat yaramaz. 'Fatma xala, Gülpəri nənə' adından tərif qoşsalar belə, obraz mükəmməl deyilsə, olsa-olsa onlayn sifarişlə gələn 'copy-paste' fason bir şeyə bənzəyəcəksiniz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!